Yeni mövsümün startı təxirə salındı
29.07.2020 , 17:35

Qazaxıstan Premyer Liqasında 2020/2021 mövsümü nəzərdə tutulan vaxtda başlamayacaq.
Korner.az xəbər verir ki, ölkədə koronavirus pandemyası ilə əlaqədar karantin rejiminin müddətinin 2 həftəlik uzadılması səbəbindən çempionat qeyri-müəyyən müddətədək yenidən təxirə salınıb.
Qazaxıstan Premyer Liqası avqustun 3-də başlamalı idi.
