Yeni mövsümün püşkü nə vaxt atılacaq?
08.07.2022 , 18:45
Azərbaycan Premyer Liqasında 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, mərasim 15 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
Azərbaycan Premyer Liqasının yeni mövsümü 5 avqustda start götürəcək.