Sentyabrın 18-də futzal üzrə Yüksək və Birinci liqalarda yeni – 2023-2024-cü illər mövsümünün püşkü atılacaq.

Korner.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək tədbir saat 11:00-da başlayacaq.

Yüksək Liqada 6 – “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Record club” və “Yasamal-Baku”, Birinci Liqada isə 12 – “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa”, “Bakı” MFK komandaları iştirak edəcək.