“Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Gözəl oyun alındı. Hər iki komanda hücum futbolu sərgilədi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov “Zirə” ilə oyundan sonra deyib.
Məmmədov 0:1 hesablı məğlubiyyəti müdafiədəki səhvlə əlaqələndirib: “Müdafiədə buraxdığımız səhv qolla nəticələndi. Biz də qol epizodları yaratdıq. Lakin onları dəyərləndirə bilmədik”.
Elbrus Məmmədov artıq yeni mövsüm haqda düşündüklərini qeyd edib: “Yayda yeni transferlər olacaq. Çatışmayan oyunçularımız çoxdur. Hər mövqeni gücləndirməliyik. Komandanın da büdcəsi artırılacaq” (futbolxeber.az).
