Keçən il Dieqo Kostanı ispan vətəndaşlığını almasından sonra daha bir futbolçu İspaniya vətəndaşı olub.
Korner.az-ın məlumatına görə, “Marca” qəzetinin “Yeni Messi” adlandırdığı Nahuel Leviada İspaniya milli komandasında oynamağı qəbul edib. Belə ki, İspaniya Futbol Federasiyası Nahueli öncə 21 yaşlılardan ibarət komandada, daha sonra isə əsas milli komandada oynamağa razı salıb.
Qeyd edək ki, 17 yaşlı Nahuel Messi kimi əslən Argentina vətəndaşıdır.
