Topaz Premyer Liqasında 33-cü turda “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib
Korner.az-ın məlumatına görə, oyun qonaqların qələbəsi ilə başa çatıb – 3:0
Oyundan sonra keçirilən mətbuat konfransında” Zirə”nin baş məşqçisi Adil Şükürov bunları deyib:
“Yeni komandayıq. Azarkeşlərə təşəkkür edirəm. Komandaya dəstək lazımdı, əlindən gələni etdi.” Qəbələ”yə qarşı üstün oynadıq. İkinci top oyunda dönüş nöqtəsi oldu. Bu gün nəticəyə oynamaq istədik. Belə oyunlar yeni komanda üçün çətindi. Futbolçularımızın oyunları bizi razı salır. Oyun baxımdan əvvəl və indiyə baxsaq açıq uğur hesab etmək olar. Yeni komanda üçün bu uğurdu
