Yeni klubu məlum oldu
27.06.2024 , 12:59

“Adana Dəmirspor”la müqaviləsini birtərəfli ləğv edən Yusuf Ərdoğanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 31 yaşlı futbolçu “Konyaspor”da çıxış edəcək.
Klub Yusuf Ərdoğanla 2 illik razılığa gəlib.
Rəcrübəli futbolçu yaxın günlərdə tibbi müayinədən keçmək üçün Konyaya gələcək.
Ötən mövsüm “Adana Dəmirspor”da 40 matçda forma geyinən Yusuf Ərdoğan 7 qol vurub, 4 məhsuldar ötürmə edib.
