“Mançester Siti”nin baş məşqçi vəzifəsindən ayrılan Manuel Pelleqrini yeni təklifləri gözdən keçirəcək.
Korner.az-ın məlumatına görə, bu barədə 62 yaşlı mütəxəssisin özü məlumat verib.
Hazırda İngiltərənin “Everton” klubunun maraq dairəsində olsa da, Peleqrini tələsmək istəmədiyini bildirib:
“Yeni təkliflər alıram. Ancaq hazırda diqqətimi cəlb edən və maraqlı təkliflər yoxdur. Axtarışa davam edəcəm. Bu nə qədər çəkəcək? Dekabr ayına qədər və ya bir il ola bilər. Əgər yeni iş yeri tapmasam, karyeramı başa vuracam. Bu da baş verərsə, futbol üçün çox darıxacam”. (The Guardian”
