Yeni idman direktoru “Neftçi”nin məşqində
27.10.2023 , 16:17

“Neftçi” Azərbaycan Premyer Liqasının 11-ci turu oyununa başlayacağı “Sabah” matçının hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, “Flaqman” bu gün “Neftçi” Futbol mərkəzinə məşq edib.
Məşqdən əvvəl klubun yeni idman direktoru Yens Andersson komandanın üzvləri ilə görüşüb, qarşıdan gələn oyunda “ağ-qaralar”a uğurlar arzulayıb. Zədəlilər – Emil Balayev, Eddi İsrafilov, Andre Şinyaşikidən başqa və bütün bədənlərin qatıldığı prosesdə toplu və taktiki işlər icra olunub.
Qeyd edək ki, oktyabrın 29-u saat 18:30-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sabah” matçı “CBC Sport”da canlı yayımlanacaq.
