“Yeni gələnlər hələ tam uyğunlaşmayıb” – Jelko Sopiç
07.02.2020 , 22:37

Azərbaycan Premyer Liqasında XVI turun “Sabah” – “Qəbələ” (3:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Jelko Sopiç oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
“Uzun müddətdi davam edən qələbəsizlik seriyasına son qoymağımız yaxşı oldu. İlk qolu buraxdıqdan sonra futbolçular əzmkarlıq göstərdilər. Geri dönüş etməyi bacardıq. Yeni gələnlər hələ tam uyğunlaşmayıb. Gündən-günə daha yaxşı olacağıq. Futbolçularım bu gün yaxşı mübarizə apardılar. Meydanda əllərindən gələni etdilər. Buna görə onlara təşəkkür edirəm”.
