Yeni mövsüm hazırlıqlarını davam etdirən "Fənərbağça"nın qapıçısı Volkan Dəmirəl türkiyəli jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, Çempionlar Liqasında boy göstərmək istədiklərini vurğulayan Dəmirəl sözlərinə belə davam edib: "Əla heyətimiz var. Yeni futbolçularla güclənəcəyik. Düşünürəm yeni gələn futbolçularla qaynıyıb qarışacıyıq".
Komanda yoldaşları və həmkarları olan Mərt ilə Ertoğrul haqda da danışan qolkiper: "Mərt də Ərtoğrul da mənim qardaşlarımdır. Onlar "Fənərbağça"nın qapısını qoruyurlar". – ifadələrinə yer verib.
