"Santos"un ulduz futbolçusu Neymar meydandakı rəqiblərinin onu yaxşı tanıdığını buna görə də işinin çətinləşdiyini bildirib.
Korner.az-ın məlumatına görə, braziliyalı jurnalistlərin suallarını cavablandıran Neymar, həyatla futbol arasında oxşarlıqların olduğunu da sözlərinə əlavə edib:
"Hər kəs həyatda pis günlər keçirib. Meydanda da elə olur ki, pis çıxış edirsən. Lakin pis günlər insana kömək olur. Özünü güclü olmağa öyrədirsən. Rəqiblərim məni yaxşı tanıyır. Ona görə işim get-gedə çətinləşir. Yeni fəndlər düşünməliyəm".
