Yenə uduzduq
14.06.2019 , 10:37

Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanşında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə baş çatıb.
Bu komandalar arasında növbəti oyun iyunun 15-də keçiriləcək.
