UEFA tərəfindən Yunanıstanda təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununa çıxıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimiz İsrail komandası ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə İsrail yığmasının xeyrinə başa çatıb.
Qeyd edək ki, komandamız ilk oyununda Yunanıstan yığmasına 0:7 hesabı ilə məğlub olmuşdu.
