Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Belarus yığması ilə növbəti yoldaşlıq oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, “ABU Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında avqustun 31-də keçirilmiş oyun futzalçılarımızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb
