Azərbaycan və beynəlxalq veteranlar yığmasının yekun heyəti açıqlanıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, məlumatına görə, Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu gün baş tutacaq qarşılaşmada meydana çıxacaq futbolçular müəyyənləşib. Bayıl stadionunda baş tutacaq qarşılaşmaya əcnəbilər 20, millimiz isə 25 oyunçu ilə hazırlaşır.
Azərbaycan veteranları: Camaləddin Əliyev, Elxan Həsənov, Dmitri Kramarenko, Əsgər Abdullayev, Şakir Qəribov, Asim Xudiyev, Əbdülqəni Nurməmmədov, Şahin Diniyev, İskəndər Cavadov, İqor Ponomaryov, Vaqif Sadıqov, Tərlan Əhmədov, Oqtay Abdullayev, Mehman Allahverdiyev, Vidadi Rzayev, Qurban Qurbanov, Samir Ələkbərov, Nazim Əliyev, Nazim Süleymanov, Arif Əsədov, Maşallah Əhmədov, Vəli Qasımov, Yaşar Vahabzadə, Asif Əliyev, Müşviq Hüseynov.
Məşqçilər: Ağasəlim Mircavadov, Səməd Qurbanov.
Beynəlxalq veteranlar yığması: Berti Foqts, Uli Ştayn, Dario Şimiç, Tomas Stjepan, Edmar Bernardes Dos Santos, Bernd Şuster, Hakan Şükür, Duayt York, Abdullah Avcı, Rüştü Rəcbər, Andrey Kançelskis, Revaz Arveladze, Arçil Arveladze, Leonid Buryak, Aleksandr Çivadze, Andrey Ziqmantoviç, Vaqiz Xidiyatullin, Tengiz Sulakvelidze, Kaxaber Sxadadze, Nikolay Boqdanov.
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.
