Dünya Futbolu

YAZI: Ali təhsilli futbol adamları

18.03.2019 , 11:31

Tarixdə elə futbolçular var ki, onlar tək meydandakı oyunu ilə deyil, həm də futboldan kənardakı fəaliyyətləri ilə də tanınıblar. Həm tanınmış futbolçu olub, həm də dünyanın məhşur universitetlərinin məzunu olan futbol adamlarını təqdim edirik:

Slaven Biliç – Bir zamanlar “Beşiktaş” klubunun baş məşqçisi olan Slaven Biliç Xorvatiyanın Split Universitetinin məzunudur. 50 yaşlı futbol adamı universitetin hüquq fakülətsini bitirib.

Manuel Peleqrini – Hazırda İngiltərənin “Vest Hem” klubunun çalışdırıcısı olan Manuel Peleqrini 1979-cu ildə Çili Katolik Universitetinin inşaat mühəndisliyi fakültəsinin məzunu olub. Bitirdiyi fakütəyə uyğun olaraq ona futbolun “mühəndisi” təxəllüsünü veriblər.

Arsen Venger – Uzun müddət İngiltərənin “Arsenal” klubuna baş məşqçilik edən Arsen Venger Strazburq Univeritetinin iqtisadiyyat fakültəsində təhsil alıb. Fransalı mütəxəssis 7 dildə danışa bilir.

Vinsent Kompani – “Mançester Siti” klubunun belçikalı müdafiəçisi Vinsent Kompani iqtisadçıdır. 32 yaşlı futbolçu bundan başqa ötən mövsüm “Alliance Manchester Business School”da magistr təhsili alıb.

Corco Çyellini – 2010-cu ildə Torino Universitetinin iqtisad və ticarət fakültəsini bitirən Corco da ali təhsili olan futbol adamlarındandır.

Simyon Minyole – “Liverpul” klubunun qapıçısı da ali təhsillidir. O, Belçikanın Leuven Katolik Universitetində siyasət elmi fakültəsini yüksək dərəcə ilə bitirib.

Dennis Berkamp – “Arsenal” və eyni zamanda Hollandiya millisinin əfsanəvi futbolçusu olan futbolçu Amsterdam Universitetinin maşınqayırma fakültəsinin məzunudur.

Xuan Mata – “Mançester Yunayted” klubunun ispaniyalı futbolçusu Xuan Matanın iki ali təhsil diplomu var. 30 yaşlı yarımmüdafiəçi İspaniyanın Camilo Jose Cela Universitetinin idman elmləri və marketinq fakültələrini uğurla bitirərək məzun olub.

Yuto Naqatomo – “Türkiyənin “Qalatasaray” klubunda forma geyən yaponiyalı futbolçu Yuto Naqatomo ölkəsinin Doshisha Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 32 yaşlı cinah müdafiəçisi həm də 2 kitab müəllifidir.

Andrey Arşavin – Rusiyanın dünya futboluna bəxş etdiyi ən mühüm futbolçularından olan Andrey Arşavin də ali təhsilli futbolçulardan olub. Ötən il futbol karyerasını yekunlaşdıran Arşavin Peterburq Universitetinin moda dizaynı fakültəsinin məzunu olub.

Didye Droqba – Karyerasının ən yaxşı vaxtlarını “İngiltərənin “Çelsi” klubunda keçirən Didye Droqba Maine Universitetində təhsil alıb. Kot-d’İvuarlı oyunçu həmin universitetin mühasibət fakültəsinin məzunu olub.

Son yazılar

Yuxarı