Yayda “Liverpul”dan ayrıla bilər
19.02.2026 , 21:00
“Liverpul”un hücumçusu Məhəmməd Salah yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, “qırmızılar” misirli futbolçu üçün 63 milyon avrodan yuxarı təklifləri nəzərdən keçirməyə hazırdır.
Xarici KİV yazır ki, Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyə bilər və bu ölkənin klubları ona maraq göstərir.
2017-ci ildə “Roma”dan 42 milyon avro qarşılığında “Liverpul”a keçən futbolçunun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
33 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 27 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.