Yayda Premyer Liqa klubundan gedir
21.05.2025 , 11:44

Abdulaye Dukure yayda “Everton”dan ayrılacaq.
Korner.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu sosial media hesabında yazıb.
O, mövsümün sonunda Premyer Liqa klubundan gedəcəyini bildirib.
2020-ci ildən “Everton”da forma geyinən Dukure komandanın heyətində ümumilikdə 165 oyuna çıxıb və 21 qol vurub.
