Yayda klubunu dəyişəcək
12.03.2025 , 13:00

“Komo”nun futbolçusu Nikolas Paz İtaliyada klubunu dəyişəcək.
Korner.az xəbər verir ki, yarımmüdafiəçinin “İnter”ə keçəcəyi gözlənilir.
“Nerazzura” ispaniyalı oyunçu üçün 20 milyon avro ödəmək istəyir.
Tərəflər arasında danışıqlar müsbət nəticələnərsə, 20 yaşlı futbolçunun keçidinin yayda baş tutacağı gözlənilir.
