Yayda “Barselona”dan ayrılacaq?
06.02.2026 , 18:30
Polşalı qapıçı Voyçex Şensnının “Barselona” ilə gələcəyi sual altındadır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, onun mövcud müqaviləsi hələ bir il yarım qüvvədədir.
Lakin təxminən 2 milyon avro ödəməklə sənədin vaxtından əvvəl ləğvi mümkündür.
Bu məbləğ, qapıçının almalı olduğu əmək haqqından xeyli aşağıdır.
Klub rəhbərliyi qapıçı xəttində dəyişiklik etmək niyyətindədir. Əgər planlar nəzərdə olduğu kimi icra olunarsa, mövsümlərarası fasilədə Şensnının müqaviləsi bitirilə bilər.