İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti”nin futbolçusu Yaya Ture ilə bağlı açıqlama gəlib.
Korner.az-ın məlumatına görə, “şəhərlilər”lə müqaviləsi mövsümün sonunda bitəcək futbolçunun meneceri Dmitri Seluk ingilis mətbuatına açıqlama verib.
Ulduz oyunçunun gələcəyi haqda danışan Seluk bir çox klubdan təklif gəldiyini deyib: “Bir çox seçimimiz var. Bir neçə komandadan diqqət cəlb edən təkliflər almışıq. Bu komandalar içində bəziləri Çempionlar Liqasında oynayacaq”.
Turenin “Mançester Siti”də qalmağa müsbət yanaşdığını deyən menecer: “İndiyə qədər yeni müqavilə təklifi gəlməyib. Bir çox şey eşitdik, lakin təklif yoxdu. Amma Ture üçün “Mançester Siti” çox xüsusi bir yerə sahibdir. Bu klubu sevir, ayrılmaq məcburiyyətində qalarsa, bu , onun üçün asan olmayacaq. Hal-hazırda mövsümün sonunun gəlməsini gözləyirik. Daha sonra klubla görüşüb hər şeyi dəqiqləşdirəcəyik”.
Xatırladaq ki, 34 yaşlı yarımmüdafiəçi bu mövsüm Mançester təmsilçisinin forması ilə 29 oyuna 6 qol vurub.
