“Mançester Siti”nin futbolçusu Yaya Ture zədələnib.
Korner.az-ın məlumatına görə, bu barədə “Daily Mail” xəbər yayıb.
Mənbənin yazdığına görə, Ture İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən “Aston Villa”ya (3:2) qarşı matçda zədələnib. Xavbekin diz qapaqlarından zədə aldığı deyilir.
Afrikalı futbolçu 2 həftəyə yaşıl meydanlara geri dönə biləcək.
