Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” “Mançester Siti”nin futbolçusu Yaya Tureni transfer etmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, bu haqda “Sabah” xəbər yayıb.
Qara dəniz təmsilçisi afrikalı oyunçu ilə danışıqlara başlayıb. Türkiyə klubunun ən böyük problemi isə maliyyə çatışmazlığıdı.
Yarımmüdafiəçi üçün yüksək məbləğ tələb olunduğundan, “Trabzonspor” sponsor axtarışlarına başlayıb.
Klubun hədəfi büdcədən pul ayırmadan 33 yaşlı ulduz futbolçunu komandaya cəlb etməkdir.
