“Mançester Siti” yarımmüdafiəçisi Yaya Ture mövsümün sonunda komandanı tərk edə bilər.
Korner.az-ın məlumatına görə, bu haqda afrikalı futbolçunun meneceri Dimitri Seluk jurnalistlərə verdiyi açıqlamasında söyləyib:
“Ture yanvarda komandanı tərk etməyəcək. Lakin mövsümün sonunda ayrılıq baş verə bilər. Mövsümün sonunda Turenin komandadan ayrılmaq ehtimalı 90 faiz olacaq. Yaya Ture üçün gələcək təklifləri dəyərləndirəcəyik”.
