“Mançester Siti”nin futbolçusu Yaya Ture milli karyerasını başa vurduğunu açıqlayıb.
Korner.az-ın məlumatına görə, Fil Dişi Sahili millisinin üzvü bu barədə özü məlumat verib.
2004-ci ildən millidə çıxış edən 33 yaşlı yarımmüdafiəçi 102 oyunda 19 qol vurub. O, Fil Dişi Sahili millisinin kapitanı idi.
