“Yay transfer pəncərəsi” açıldı
10.08.2022 , 16:08

Futzal üzrə Azərbaycan liqalarında “Yay transfer pəncərəsi” açılıb.
Korner.az xəbər verir ki, Yüksək, Birinci və İkinci liqalarda iştirak edən komandalar oktyabrın 1-i, saat 18:00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.
Yüksək Liqada 2022-2023-cü il mövsümünə sentyabrın 26-da start veriləcək.
