Yay Olimpiya Oyunlarının yeni tarixi müəyyənləşdi – RƏSMİ
30.03.2020 , 18:01

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının yeni tarixi məlum olub.
Korner.az xəbər verir ki, Olimpiada gələn il iyulun 23-də avqustun 8-dək davam edəcək. Bu barədə məlumatı Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı yayıb.
Öncədən Olimpiadanın bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.
