“Yaxşı oyun oldu”-Qurban Qurbanov
02.07.2019 , 22:42

“Yaxşı oyun oldu.Hesabın 2:2 başa çatmasına baxmayaraq,oyunda istədiyimiz çox şey alındı.İkinci hissədə çox dəyişiklik etdik oyunun balansı bir az pozuldu.
Korner.az xəbər verir ki,bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Viktoriya”klubu ilə keçirilən yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Baş məşqçi hazırlıqdan razı qaldığını bildirib:”Son oyunumuz idi, hər oyundan-oyuna daha da yaxşı performans göstərdik.2 günlük istirahətin ardından “Partizani”ylə oyunun hazırlıqlarına başlayacağıq”.
