Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ” öz meydanında “Roma”nı qəbul edəcək. Matçdan əvvəl təşkil edilən mətbuat konfransında ağdamlıların hücumçusu Pedro Enrike jurnalistlərə oyunla bağlı fikirlərini bildirib:
“Qarabağ”la ÇL-də oynamaq hissini yaşayacam deyə qürur duyuram. Çox çətin oyun olacaq. “Qarabağ”a kömək etmək üçün gəlmişəm. Məni burada yaxşı qarşıladılar. İlk ev oyunumuzda yaxşı nəticə qazanmağa çalıaşcağıq”.
Matç sabah saat 20:00-da Bakı Olipiya Stadionunda keçiriləcək.
