“Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik”
16.08.2023 , 22:24

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə sabah keçirəcəkləri cavab oyunu haqqında fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, o, Bakıya yaxşı nəticə ilə qayıtmaq istədiklərini deyib:
“Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik. Bunun üçün var gücümüzü qoyacağıq. Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
