Azərbaycan yığmasını sabiq müdafiəçisi Saşa Yunisoğlu yığma komandanın baş məşqçisi Robert Prosineçki haqda danışıb. O, xorvatiyalı mütəxəssisin millini tərk etmə istəyini belə şərh edib:
“Bilmirəm, Prosineçki burada qalacaq, ya yox, ancaq şəxsən mən bunu istəməzdim. Ümid edirəm ki, o Azərbaycandan gedər. Səhv etmirəmsə, Sloveniyaya gedəcəkdi. Robertin burada şansı oldu, ancaq istifadə edə bilmədi. 10 rekord xalından başqa yığmaya heç nə verçədi. Buna baxmayaraq, yenə qrupda San Marinodan sonraki pilləni tutduq. Yaxşı ki, qrupda San Marino var idi. Düşünürəm ki, artıq yerli mütəxəssislərə güvənmək lazımdır. Xaricilər tam istəklə çalışmırlar” (azerisport.com)
