“Çelsi”nin hücumçusu Alvaro Moratanın zədəsi gözlənildiyi kimi olmayıb. İspan forvard 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Belə olduğu halda, Antonio Konte ehtiyat oyunçu Miçi Batşuayiyə güvənəcək. Cari mövsümdə Premyer Liqada cəmi 4 oyuna çıxan futbolçu bu haqda fikirlərini bildirib:
“Bilirəm, bu qəribədir, amma bəzən kiminsə uğursuzluğu başqasınını uğuruna yol açır. Bundan sonra mənim oynmamaq üçün şansım çıx olacaq və bacardığımın maksimumun göstərməliyəm. Bilirəm ki, Konte mənə inanır. Bu mənim üçün şansdır. Artıq start heyətdə oynamışam və düşünürəm ki, effektli olmuşam. Yaxşı hücumçuyam, ancaq “joker” deyiləm” (Sky Sports)
