Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray”ın futbolçusu Yasin Öztekin komandadan getməkdə qərarlıdı.
Korner.az-ın məlumatına görə, maaş məsələsində klubla razılığa gələ bilməyən oyunçu mövsümün sonunda klubdan ayrılacaq.
29 yaşlı yarımmüdafiəçinin La Liqaya getmək istədiyi bildirilir.
İddia edilir ki, futbolçu adı gizli saxlanılan bir La Liqa təmsilçisi ilə razılışıb.
Xatırladaq ki, ilə 1.1 milyon avro qazanan Öztekin bu mövsüm 29 oyuna 10 qol vurub və 1 məhsuldar ötürmə edib.
