big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Yaşıllaşan” futbolumuz

15.06.2012 , 09:08

“Betis”, “Albasete”, “Vitoriya Setubal”, “İmortal”, "Spartak", "Jemçujina", "Volın", "Tavriya", "Kayserispor", "Fakel", "Baltika"… Bu klublar müxtəlif ölkələri təmsil etsələr də, onları bir xüsusiyyər birləşdirir: hamısında azərbaycanlılar forma geyiniblər. Kimsə bu sıralamada dünya nəhənglərinin olmadığını əsas gətirib, futbolçularımızın ünvanına iradlar söyləyə bilərlər. Amma tələsməyək. Ən azından hazırda ölkə hüdudlarından kənarda top qovanları xatırlamağa cəhd edək. Bax, mən də elə onu demək istəyirəm. Heç olmasa əvvəllər həmyerlilərimiz dünya "qrandlarında" olmasa da, ara-sıra legioner həyatı yaşayırdılar. Amma Azərbaycan futbolçularının əli çörəyə çatandan sonar artıq xaricə getmək fikirləri də qeybə çəkildi. Axı nə var e, nəyə getsinlər? Burda pul da verirlər, başına da dolanırlar, hələ səndən fikir də öyrənir jurnalistlər. Bəs orda, xaricdə nə gözləyir onları? Rəqabət, zəhmət, iş, iş, iş… Tərəzinin hansı gözü ağır gələr? Razıyam, çəkəndən asılıdır. İndiki futbolçularımız da, bir nəfər kimi, eyni cür çəkirlər.
Bir zamanlar Vəli Qasımov Rusiya çempionatının ən məhsuldar futbolçusu idi. İndi Azərbaycanda beləsi varmı? Demirəm Rusiya çempionatında, heç olmasa Gürcüstanda, Özbəkistanda bu nəticəni göstərə bilərlərmi? Əlbəttə ki, yox. Elə bu "yox"a görə də bir qayda olaraq Qitə kuboklarına bir lotoreya kimi yanaşırıq: görəsən püşk bizə Maltadan-zaddan seçəcək, ya bəxtimizi növbəti mövsümdə sınamalı olacağıq? Transfer dövrü gələndə əsl ov mövsümü başlayır: kim harda yağlı tikə qapacaq? Nə ustalıq, nə çempionat? Çoxları üçün çempionat da, mövsüm də elə müqavilə bağlanandan bağlanana davam edir. Bu iki hadisənin arasındakı zaman kəsiyi isə yalnız əldə olunan əskinaslarla ölçülür.

Bir zamanlar Azərbaycan futbolunun "qızıl oğlan"ı var idi, Zaur Tağızadə. Yanında da xas yavərləri – Elçin Rəhmanov və Romal Hüseynov. Nə vaxtsa bu oğlan və yavərləri əsl futbolçuya çevrilməli, ölkə idmanının asimanında parlamalıydılar. Amma nələr baş verdi, bunu hamı bilir. Məqsədim artıq keçmişdə ümidləri doğrultmayanları "asıb-kəsmək" deyil. Yenə də paralellər aparaq. İndi "qızıl oğlan" kimdi? Varmı beləsi? Zaur Tağızadə zamanında Vitor Bayanın ayaqları arasından Portuqaliya millisinin qapısına qol vurdu. Əlbəttə, planet miqyasında bu fövqəladə hadisə olmasa da, Azərbaycan futbolu üçün bir zəfər idi. Bu gün beləsi varmı? Təəssüf ki, yox. "Qızıl oğlanlar" dövrü sona çatdı. İndi artıq "dollar oğlanlar" zəmanəsidir. Bığ yeri təzəcə tərləyən "perspektivlilərin" yalnız bir düşüncəsi var indi: əlverişli müqavilə. Gah eşidirsən filankəs astronomik məbləğ alıb o kluba keçdi, gah da beşmənkəs bu kluba getdi. Əlbəttə, bu keçidlərin pərdəarxasını da unutmamalıyıq. Bir sözlə, şıdırığı alver gedir. Futbola daha vaxt qalmır. Futbola vaxt qalmadığına görə də, elə futbol da yoxdu. Elə bu səbəbdən də 90 dəqiqəyə Andorranın qapısına yol tapa bilmirik. Belə də davam edəcək. O vaxta qədər ki, azərbaycanlılar meydana o yan bu yana qaçmaq, növbəti məvacibə daha 90 dəqiqə yaxınlaşmaq üçün deyil, futbol oynamağa çıxacaqlar. Bu baş verən anı Azərbaycan futbolunun dönüş nöqtəsi hesab edə biləcəyik. Hələlik isə "dollar oğlanların" sayı durmadan artacaq, futbolumuzun simaları get-gedə yaşıllaşacaq.

Son yazılar

To Top