big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Yaşar Vahabzadə ilə Prosineçki “söz davası”na çıxdı – YAZI

15.10.2015 , 09:53

Ədəbiyyatımızın ən yaddaqalan deyişmələrindən biri də Molla Pənah Vaqif ilə Molla Vəli Vidadi arasında olub. Həmişə nikbin olan Vaqifə həyatın nemətlərinin daimi olmadığını başa salan Vidadi istəyinə çata bilmirdi.

Fərz edək ki, bizim futbol məşqçiləri öz aralarında mübahisəni şeirlə və deyişmələrlə aparır. Maraqlı olar… Məsələn, düşünək ki, U-21-in baş məşqçisi Yaşar Vahabzadə Molla Pənah Vaqif sevən oxucu, Robert Prosineçki isə Molla Vəli Vidadi pərəstişkarıdı. Niyə nikbin olan Yaşar müəllim, bədbin isə Prosineçki? Çünki hər iki baş məşqçinin son oyunlardan sonra mətbuat konfransında çıxışına fikir versək, görərik ki, iki oyuna 8 qol “yeyən” Yaşar Vahabzadə öz komandasından razıdı, son iki oyuna 5 qol “buraxan” Robert məllim isə Vidadinin bədbinliyi qəbul etdiyi kimi millinin hər iki oyunda zəifliyini etiraf edir.

Deyişməyə
ilk olaraq Yaşar Vahabzadə başlayır və bu bəndi həmkarına həsr edir:

Еy Robert,
sənin bu puç dünyada

Nə dərdin var ki, zar-zar ağlarsan?
Ağlamalı günün qabaqdadı,
Hələ indi səndə nə var, ağlarsan?

Şair
Robert Prosineçki ağlamağının səbəbini açıqlayır

Yaşar,
nə çоx yan, baş-ayaq atarsan,

Mənə dеrsən, nə bu qədər ağlarsan?
Sənin də qapında beşcə qol olsa
Gözün dolar, еylər əsər, ağlarsan!

Yaşar
Vahabzadə:

Ta cəsədin
cüda оlmayıb candan,

Beş yox səkkiz qol yedim, danış bundan
Beş qol nədir ki, buna görə
Bu qədər çəkibən azar, ağlarsan?

Robert
Prosineçki:

Ağlamaq
ki, var işimə məhəbbətdəndir,

Səkkiz qola ağlamamaq qəbahətdəndi
Mən beş qola dözə bilmirəm
Qəlbimdən bu dərdi silmirəm

Yaşar
Vahabzadə:

Kimdir
indi bu səkkiz qolda günahkar?

Komandam qol vurmur, deyil tamahkar
Sən bir qol vursan da, bulud kimi qaralırsan
Ağ yağış tək yaşın yağar, ağlarsan.

Robert
Prosineçki:

İşləyirsən
uşaqlarla ürəyin tоxdur,

Qol buraxmağa həvəsin çоxdur,
Futbol oynamaq əsəri könlündə yоxdur,
Hələ sоnra ağlın kəsər, ağlarsan!

Yaşar
Vahabzadə:

Uzaqdan
bir bax yazdığın sətirə

Bu iş baxmaz hеç könülə, xatirə,
Məndən futbolçu istədiyin vaxt
Sözlərini düşün, yanmasın canın, ağlarsan!

Robert
Prosineçki xatırlayır ki, gələcəkdə u-21 yığmanın futbolçularına ehtiyac
yaranacaq və bir qədər mülayim tərzdə şeirinə davam edir:

Ey həmkar,
bizim vəziyyət yaxşı deyil

Gəl göstərmə xoşbəxtliyə meyil,
Rəhbərliyə hesabat verə bilməyəcəksən
Əgər bilsən, еy bixəbər, ağlarsan!

Son
olaraq Yaşar Vahabzadə öz tempini qoruyaraq bu bəndi söyləyir:

Оl
zaman ki, qaynar kəllədə bеyin,

Siz nə etmisən axı, mənə deyin?
Rəhbərliyə qarışma, çarəsi var hər şeyin,
Onlar səni görcək gözün yumar, ağlarsan.

İki məşqçi
arasında gedən deyişməyə gələcəkdə də digər mütəxəssislərimizin qoşulacağı gözlənilir.


Məmmədov İlkin

Son yazılar

To Top