“Bu, Antalya toplanışı çərçivəsində keçirdiyimiz ikinci oyun idi. Məğlub olsaq da, hesab edirəm ki, futbolçular əllərinden gələni etdilər”.
Korner.az-ın məlumatına görə, bu sözləri U-21-in baş məşqçisi Yaşar Vahabzadə Qananın 21 yaşadek futbolçulardan ibaret millisi ilə bu gün keçirilən yoxlama oyunu haqda danışarkən deyib.
Komandasının ilk yarıda daha sürətli oynadığını söyləyən çalışdırıcı hücumçu sarıdan çətinlik çəkdiklərini bildirib: “Bilirsiz ki, Orxan nominal hücumçu deyil. O, öz klubunda hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir. Biz onu mecburiyyətdən sırf hücumçu kimi oynadırıq. Hücumçu çatışmazlığı bu fün futbolumuzun ən böyük problemlərindəndir. Əvəzedicilərin çempionatında Birinci divizionda uşaqlar var, ancaq yığma səviyyəsində deyiller”.
