21 yaşadək futbolçular arasında keçirilən “Avro-2017″nin seçmə mərhələsinin oyunları davam edir.
Korner.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərin sullarını cavablandırıb:
“Futbolçuların oyunundan razı qaldım. Baxmayaraq ki, Avstriya oyununda biabırçı məğlub olmuşduq. Futbolçuların hamısı ilə fərdi və komanda şəklində danışıqlarımız olmuşdu. Komanda toparlanmışdı və əzmkar mübarizə apardı. Qol epizodunu isə öz səhvimizdən yarandı. Məğlubiyyətə görə üzgünəm”(derbi)
