Malayziyadan olan 21 yaşlı gimnast Fərəh Ənn Abdul Hadi öz vətənində qalmaqal mövzusu olub.
Korner.az-ın məlumatına görə, idmançı ötən həftə Sinqapurda keçirilən Cənub-Şərqi Asiya oyunlarında 13 medal – iki qızıl, iki gümüş və doqquz bürünc medal qazanıb.
Yerli telekanallardan biri qızın yarış zamanı çəkilmiş fotolarını sosial şəbəkədə yerləşdirib. Onlarla şərhçi qızı təhqir edərək geyindiyi leotardın islam dininə zidd olduğunu qeyd edib.
“Bizim səndən zəhləmiz gedir. Bizi dünyada biabır edirsən”, – deyə şərhçilər yazıblar.
