big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Yarımfinalın cavab oyunları öncəsi hakimlərlə bağlı MARAQLI FAKTLAR

21.04.2015 , 05:10

Bu gün ölkə kubokunun finalçılarının adları bəlli olacaq. Yarımfinalın ilk qarşılaşmaları keçirilib və “Neftçi” “İnter”i 2:0, “Qarabağ” isə “Simurq”u 1:0 hesabı ilə məğlub edib. Bu gün qaliblər səfər meydanına çıxacaqlar. Artıq bugünkü görüşləri idarə edəcək hakimlər də bəllidir: Zaqatalada Orxan Məmmədovun, “Şəfa” stadionunda isə Elvin Əsgərovun fiti eşidiləcək. Bəs bu hakimlər cari mövsümdə sözügedən komandaların oyunlarını idarə ediblərmi və həmin oyunlarda nəticələr kimin lehinə olub?

Orxan Məmmədov “Qarabağ”ın, Elvin Əsgərov “İnter”in “hakimidir”

Əvvəlcə başlayaq FİFA dərəcəli Orxan Məmmədovdan. Cari mövsümdə “Qarabağ”ın 7 Premyer Liqa, 3 kubok oyununa təyinat alıb. Bu qarşılaşmalardan 5-də baş hakim, 2-də dördüncü,  3-də isə əlavə köməkçi hakim olub. Təsadüfdür, yoxsa zərurət, bilmirəm, Ağdam təmsilçisi bu 10 qarşılaşmanın hamısında meydanı qalib kimi tərk edib! Məmmədov “Qarabağ” – “Simurq” duellərinə 1 Premyer Liqa, 1 kubok oyunu olmaqla 2 dəfə əlavə köməkçi hakim kimi şahidlik edib ki, hər iki görüş zaqatalılar üçün uğursuz bitib. Ümumiyyətlə, Orxan “Simurq” üçün uğursuz hakimdir desək, yanılmarıq. FİFA dərəcəli referi bu mövsüm Zaqatala klubunun 7 oyununa təyinat alıb. Taleyin ironiyasına baxın ki, Çixradzenin komandası bu qarşılaşmalardan vur-tut 1-də qələbə qazanıb – AZAL-la oyunda. Bu, həmin qarşılaşmadır ki, Məmmədov “Simurq”un qapısına yanlış penalti (həm Orxanın, həm də “Simurq”un bəxtindən penalti qolla nəticələnməmişdi) təyin etdiyinə görə 2 tur “istirahət” etmişdi. Qalan 6 oyunun 4-də məğlub olan Zaqatala təmsilçisi 2 görüşü heç-heçə bitirib.
“İnter” – “Neftçi” oyununu idarə edəcək Elvin Əsgərova gəlincə… Əsgərov “ağ-qaralar”ın 9 oyununa təyinat alıb – 5 dəfə baş, 4 dəfə əlavə köməkçi hakim kimi. “Neftçi” bu referinin təyin olunduğu oyunlarının 4-də qələbə qazanıb. Əsgərov bu 4 matçın 2-də əlavə köməkçi, 2-də baş hakim olub. Flaqman Elvinin təyin edildiyi qalan 5 oyunun 2-də heç-heçə edib, 3-də isə məğlub olub. Əsgərovun ayağı “İnter” üçün daha sayalı olub desək, yanılmarıq. O, “bankirlər”in 6 oyununa təyinat alıb ki, Sxadadzenin komandası bu qarşılaşmalardan 4-də qalib gəlib, 1-də “sülh” bağlayıb vəz 1-də – “Neftçi” ilə kubokun yarımfinal mərhələsinin ilk matçında uduzub. Elvin sözügedən kubok oyununda əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.

Yekun: Orxan Məmmədov “Qarabağ”, Elvin Əsgərov isə “İnter” üçün düşərli hakimdir.

Təbii, bunlar statistik rəqəmlərdir. Futbolda isə statistika, Fergüssonun təbirincə desək, mini-yubka kimidir – hər şeyi göstərir, amma lazım olanı göstərmir. Lazım olanı görməyə isə saatlar qalıb…

Orxan Məmmədovun təyin edildiyi oyunlarda “Qarabağ” və “Simurq”un nəticələri

4-cü tur Neftçi – Simurq – 2:1
5-ci tur AZAL – Qarabağ 0:3
7-ci tur Neftçi – Qarabağ 1:3
12-ci tur Bakı – Qarabağ 2:4
16-cı tur Simurq – İnter 1:1
17-ci tur Xəzər Lənkəran – Qarabağ 2:3
18-ci tur Qarabağ – Sumqayıt 2:0 (dördüncü)
21-ci tur AZAL – Qarabağ 0:1
22-ci tur Qarabağ – Simurq 1:0 (əlavə)
23-cü tur Simurq – Sumqayıt 1:1 
24-cü tur İnter – Simurq 2:1 (əlavə)
26-cı tur Sumqayıt – Qarabağ 1:2
27-ci tur Simurq – AZAL 1:0

Kubok 

1/8 final Qarabağ – MOİK 4:2 (dördüncü)
1/4 final cavab oyunları Bakı – Qarabağ 1:4 (əlavə)
1/2 final ilk oyun Qarabağ – Simurq 1:0 (əlavə)

Elvin Əsgərovun təyin edildiyi oyunlarda “Neftçi” və “İnter”in nəticələri

3-cü tur AZAL – Neftçi 0:1
5-ci tur Araz Naxçıvan – İnter 1:3
6-cı tur Qəbələ – Neftçi 0:0
7-ci tur AZAL – İnter 1:1
13-cü tur Xəzər Lənkəran – Neftçi 2:2
14-cü tur Bakı – İnter 0:1
19-cu tur AZAL – Neftçi 2:1
20-ci tur Xəzər Lənkəran – İnter 1:2
22-ci tur Qəbələ – Neftçi 1:3
23-cü tur Neftçi – Qarabağ 0:1 (əlavə)
25-ci tur Neftçi – İnter 0:2 (əlavə)

Kubok

1/4 final mərhələsi, cavab oyunu – AZAL – Neftçi 0:1 (əlavə)
1/2 final mərhələsi, ilk oyunu Neftçi – İnter 2:0 (əlavə)

Son yazılar

To Top