Yarımfinal oyunlarının vaxtı müəyyənləşdi
27.05.2020 , 20:33

Almaniya kubokunun yarımfinal matçlarının təqvimi müəyyənləşib.
Korner.az xəbər verir ki, iyun 9-da “Saarbrüken” “Bayer”i qəbul edəcək. Növbəti gün isə “Ayntraxt” “Bavariya”nın qonağı olacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
