Yardımsevər “Qarabağ”lı – formasını satışa çıxarıb
27.03.2019 , 11:08

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak formasını hərraca çıxarıb.
32 yaşlı mərkəz müdafiəçisi bu addımı xeyriyyə məqsədi ilə atıb. Polşa millisinin sabiq üzvü “Qarabağ”ın heyətində geyindiyi 52 nömrəli formaya 200 zlatı qiymət qoyub. Lakin sonradan bu məblə 1300 zlatıya (təqribən 580 manat) yüksəlib. Əldə olunan vəsait Yezniçakın sabiq komandası “Legiya”nın Miloş Krjiştof adlı azarkeşinə protez alınmasına yönələcək.
Qeyd edək ki, Yakub Jezniçak uzun müddət “Legiya” klubunun kapitanı olub.
