19 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib: “Ümumilikdə, pis oynamadıq. Təəssüf ki, yaratdığımız təhlükəli epizodlarda qol vura bilmədik. Moldova yığmasının qol imkanları az olsa da, iki standart vəziyyətdə fərqlənməyi bacardılar. Heyətlə bağlı müəyyən problemlərimiz var idi. Növbəti oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq”.
AFFA.az
