Yaponiyada futbolun bərpa tarixi
30.05.2020 , 16:24

Koronavirus pandemiyasına görə dayandırılan Yaponiya çempionatında mövsümün bərpa tarixi müəyyənləşib.
Korner.az xəbər verir ki, I Liqa iyulun 4-dən etibarən davam etdiriləcək. Bu barədə Yaponiya Futbol Federasiyası məlumat yayıb.
II və III liqada isə oyunlara iyunun 27-dən start veriləcək. Matçlar azarkeşsiz keçiriləcək.
