Braziliya 1/4 finalda
06.12.2022 , 00:56

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk oyununda Yaponiya son mundialın gümüş medalçısı Xorvatiya ilə qarşılaşıb. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan matçda xorvatlar penaltilər növbəti mərhələyə yüksəlib.
Digər matçda Braziliya yığması Cənubi Koreya ilə üz-üzə gəlib və 4:1 hesabkı qələbə qazabıb.
Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaq.
Dünya çempionatı
1/8 final mərhələsi
5 dekabr
19:00. Yaponiya – Xorvatiya – 1:1 (penaltilər 1:3)
23:00. Braziliya – Cənubi Koreya – 4:1
