Yaponiya məhsuldarlıq rekordunu yeniləyib
03.07.2018 , 10:55

Yaponiya millisi tarixinin rekorduna imza atıb. Gündoğan ölkənin təmsilçisi DÇ-2018-də məhsuldarlıq baxımından seçilib.
1/8 finalın Belçika ilə qarşılaşmasında (2:3) rəqib qapısından iki top keçirən yaponiyalılar qol sayını 6-a çatdırıb.
Qrupda 4 dəfə fərqlənən asiyalılar Kolumbiya (2:1) və Seneqala (2:2) da iki qol vurmuşdular. DÇ-2002-də 5 qol vuran Yaponiya 16 ildən sonra bir mundialdakı məhsuldarlıq rekordunu yeniləyib.
