“Qalatasaray”ın hücumçusu Lukas Podolskinin Yaponiyanın “Vissel Kobe” klubuna keçidi rəsmiləşib.
Korner.az-ın məlumatına görə, 32 yaşlı hücumçu iyunun 6-da ictimaiyyətə təqdim olunacaq
Müqavilə müddəti və maliyyə şərtləri barədə məlumat verilməyib. Bu transfer üçün “Vissel Kobe”nin “Qalatasaray”a 2 milyon 600 min avro təzminat ödəyəcəyi bildirilir.
