Azərbaycan və Yaponiya milli komandaları arasında yoldaşlıq oyununun hakim-inspektoru müəyyənləşib. Korner.az-ın məlumatına görə, sabah Şizuoka şəhərində keçiriləcək yoldaşlıq oyununda hakimlərin işinə ingiltərəli mütəxəssis qiymət verəcək. Belə ki, matçın hakim-inspektorluğu Keyt Hillə tapşırılıb.
Qeyd edək ki, matçı sinqapurlu Əbdül Malik Əbdülbəşir idarə edəcək. Onun köməkçiləri həmyerliləri Cefri Goh Gek Peng və Yeu Mung Tang olacaq. Dördüncü hakim fnksiyasını yaponiyalı Minoru Tojo yerinə yetirəcək.
