Azərbaycan milli komandasının sabah Şizuoka şəhərində Yaponiya yığması ilə keçirəcəyi yoldaşlıq oyununu idarə edəcək hakimlər bəlli olub.
Korner.az-ın məlumatına görə, matçı Sinqapurdan olan hakimlər briqadası idar edəcək. Ehtiyat hakim isə Yaponiyadan olacaq.
15:15. YAPONİYA – AZƏRBAYCAN
Baş hakim: Əbdül Malik Əbdülbəşir (Sinqapur)
Baş hakimin köməkçiləri: Cefri Goh Gek Peng, Yeu Mung Tang (hər ikisi – Sinqapur)
Dördüncü hakim: Minoru Tojo (Yaponiya)
Şizuoka. “Ekopa” stafionu