“Mançester Yunayted”in gənc futbolçusu Adnan Yanuzay klubunu dəyişə bilər.
Korner.az-ın məlumatına görə, bu xəbər ingilis mətbuatında yer alıb. “Manchester United Evening” qəzeti yazır ki, “Everton” klubu belçikalını icarəyə götürmək istəyir. Mənbədə sazişin mövsüm sonuna qədər ola biləcəyi qeyd edilir.
Xatırladaq ki, Adnan Yanuzay ilə digər ingilis klubları ilə bərabər türk, italyan komandaları da maraqlanırdı.